İDMAN


“Sumqayıt” növbəti oyuna hazırlaşır

A+ A

Sumqayıt, 21 oktyabr, AZƏRTAC

“Sumqayıt” futbol klubu Topaz Premyer Liqasının növbəti turunda “Qəbələ” ilə qarşılaşacaq. Komanda ikigünlük istirahəti başa vurub və məşqlərə başlayıb.

Futbol klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, Samir Abbasovun yetirmələri məşqlərini “Kapital Bank Arena”da davam etdirirlər. Zədəli olan Mikayıl Rəhimovdan başqa, komanda tam heyətlə məşqə qatılıb.

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” oyunu oktyabrın 25-də “Kapital Bank Arena”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.