İDMAN


“Sumqayıt” növbəti transferini reallaşdırıb

Bakı, 23 may, AZƏRTAC

2017/2018-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu növbəti futbolçunu heyətinə qatıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, “Sumqayıt” ötən mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Rəşad Eyyubovla güclənib. İyirmi dörd yaşlı futbolçu komanda ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Sumqayıtda anadan olan Rəşad Eyyubov mütəmadi olaraq, Azərbaycanın U-17, U-19, U-21 və A milli komandalarının şərəfini qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.