CƏMİYYƏT


Sumqayıt şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistralının 34–cü kilometrliyində, Sumqayıt şəhəri ərazisində “VAZ” markalı minik avtomobilinin yük qatarı ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Qocayev Abuzər Rizvan oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 01:07-də başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.