REGİONLAR


Sumqayıt şəhərinin çoxmənzilli yaşayış binalarının zirzəmilərində əsaslı yenidənqurma işləri aparılır

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Sumqayıt şəhərinin çoxmənzilli yaşayış binalarının zirzəmilərində əsaslı yenidənqurma işləri aparılır.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə Sumqayıt şəhərində 1450 çoxmənzilli yaşayış binasının zirzəmilərinin monitorinqi aparılarkən məlum olub ki, 400-ə yaxın binanın zirzəmisinə su yığılıb. Həmin zirzəmilərdən su nümunələri götürülərək suyun mənşəyi və axıntıların səbəbləri araşdırılıb. Məlum olub ki, zirzəmilərə suyun bir hissəsi binaların alt paylayıcı su və kanalizasiya xətlərində axıntılarla bağlıdır. Bəzi binaların zirzəmisinə yığılan sular isə qrunt mənşəli olub.

2016-cı ilin ötən dövrü ərzində Sumqayıt şəhərində 304 binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu məqsədlə zirzəmilərdən keçən 1100 metr su xətti, 4811 metr isə kanalizasiya xətti dəyişdirilib. Görülmüş işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınıb, su itkiləri minimuma enib. Bu tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına səbəb olub.

Hazırda 16 binanın zirzəmilərində su axıntılarının aradan qaldırılması məqsədilə tədbirlər davam etdirilir. Digər 15 binanın zirzəmisində toplanmış sular qrunt mənşəlidir.

Ümumilikdə 2015-ci ilin sentyabr ayından indiyədək 350 binanın zirzəmisindəki sistemlər təmir olunub və qurutma işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.