CƏMİYYƏT


Sumqayıt şəhərinin gəncləri arasında peyntbol çempionatı keçiriləcək

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Fərid Salahovun fərdi layihəsi əsasında Sumqayıt şəhərinin gəncləri arasında peyntbol idman növü üzrə çempionat keçiriləcək.

AZƏRTAC xəbər verir ki, çempionatda Sumqayıt şəhərində fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarını təmsil edən komandalar iştirak edə bilərlər. Turnirdə iştirak üçün yaş həddi 18-29 yaşdır. Turnir 8 komandanı əhatə edəcək. Komandaların seçimi təşkilat komitəsi tərəfindən aparılacaq.

Çempionatın keçirilməsində məqsəd Sumqayıt gəncləri arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, onların fiziki hazırlığını yüksəltmək, peyntbol idman növünə marağın artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkildir.

Püşkatma mərasimi oktyabrın 1-də keçiriləcək. Çempionatda iştirak etmək istəyənlər sentyabrın 30-dək “Sağlam Düşüncə” Gənclər Təşkilatının ofisinə və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.