REGİONLAR
Sumqayıt şəhərinin ikinci giriş qapısı olan Sahil küçəsi yenidən qurulur VİDEO
Sumqayıt, 22 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərinin ikinci giriş qapısı olan Sahil küçəsi yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu yaxınlarda dövlət büdcəsindən ayrılan vəsait yol infrastrukturunun yenidən qurulmasını daha da sürətləndirməyə imkan verib. Uzunluğu 7,5 kilometr olan Sahil küçəsi də yenidən qurulur. Küçə boyu səkilər çəkilir, bardürlər düzülür, suötürücülər quraşdırılır. Yol kənarında ağac və gül kolları əkilib, yaşıllıq salınıb, suvarma sistemi qurulub, müasir işıq dirəkləri və yeni dayanacaqlar quraşdırılıb. İstinad divarları aqlay daşla üzlənib.
Hazırda küçəyə asfalt döşənir. Eni 9 metr olan Sahil küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 16 metrə çatdırılıb. Yay aylarında Novxanı çimərliyinə gələnlər bu yolun ensiz olmasından daim əziyyət çəkirdi, tez-tez qəzalar baş verirdi. İndi yolun 4 zolaqlı olması bu çətinliyi aradan qaldırıb. Yol kənarındakı qamışlıqlar ləğv edilib, sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün iki park salınıb.
Görülən işlər Novxanı–Sumqayıt istiqamətində nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır.