İQTİSADİYYAT
Sumqayıt stansiyasının yeni inzibati binası istifadəyə verilmişdir
Bakı, 30 yanvar (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt stansiyasının yeni inzibati binası istifadəyə verilmişdir.
Səhmdar Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçirilən tədbirdə QSC-nin Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev, İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin rəisi Sabir Məhərrəmov, Mühafizə İdarəsinin rəisi Əsgər Həmidov iştirak etmiş, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olmuşlar.
Qeyd olunmuşdur ki, Sumqayıt stansiyasının yeni inzibati binasının ümumi sahəsi 716,58 kvadratmetrdir. Bir tədris və iclas zalı, 22 inzibati otaq və 2 mətbəxdən ibarət olan binanın seysmik dayanıqlığı 8 baldır. İnzibati binada son tamamlama işləri başa çatdırılmış, binada müvafiq işçilər üçün yüksək komfortlu iş otaqları yaradılmış, ərazi asfaltlaşdırılmışdır.
Açılış mərasimində iştirak edənlər yeni inzibati binada yaradılan şəraitdən razılıq etmişlər.