REGİONLAR


Sumqayıt teatrı ilin ilk tamaşasını yanvarın 14–də təqdim edəcək

Sumqayıt, 9 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC 

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı ilin ilk repertuarını açıqlayıb.

Teatrın direktoru İslam Həsənov AZƏRTAC-a bildirilib ki, yanvar və fevral aylarında teatrın truppası 18 dəfə tamaşaçılarla görüşəcək. İlk tamaşa yanvarın 14–də olacaq. Tamaşalar uşaqlar üçün saat 11 və 13-də, böyüklər üçün isə saat 18–də təqdim ediləcək.

Repertuarda xalq nağılı olan “Cəsurlar”, Qrimm qardaşlarının “Cəsur dərzi”, Marsel Berkiye-Marinyenin “Oğru”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərləri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.