MƏDƏNİYYƏT


Sumqayıt teatrı növbəti mövsümün açılışına hazırlaşır

A+ A

Sumqayıt, 20 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 48-ci mövsümün açılışına hazırlaşır. Teatr mövsümün ilk tamaşası kimi M.F.Axundzadənin “Hacı Qara” komediyasını təqdim edəcək.

Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, 1957-ci ildə tikilən binada yüksək zövq və keyfiyyətlə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Noyabrın 22-də teatr növbəti mövsümünü Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovdur.

Traktovkası və aktyor improvizəsi ilə fərqlənən Sumqayıt teatrının "Hacı Qara”sında baş qəhrəman rolunu istedadlı aktyor Akif Mirzəyev oynayacaq. Əsas rolları Əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, aktyorlar İlham Səfərli, İlahə Səfərova və başqaları təqdim edəcəklər.

Açılış mərasimində şəhər rəhbərliyinin, respublikanın tanınmış ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.