REGİONLAR


Sumqayıt tələbələri ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

A+ A

Sumqayıt, 11 dekabr, AZƏRTAC 

Sumqayıt Dövlət Universitetində (SDU) müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər keçirilir. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş anım tədbirləri və inşa yazı müsabiqəsi bu qəbildəndir.

Anım tədbirlərinin davamı olaraq universitetin akt zalında ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü qeyd olunub.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ali məktəbin foyesində Ümummilli Liderin büstünü ziyarət ediblər.

Universitetin Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rektor, professor Elxan Hüseynov çıxış edib, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik lider olduğunu bildirib. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyimizi əbədi və dönməz edib.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımızı xoş sabahlara doğru aparır.

Tədbirdə Azərbaycan tarixi kafedrasının dosenti Elmar Xəlilovun, fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqovun, tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Əli Miriyevin, fizika və elektroenergetika fakültəsinin II kurs tələbəsi Nicat Hüseynovun çıxışları dinlənilib. Çıxışlarda ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs olunub.

Anım mərasimində Ulu Öndərin həyatının, irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə tələbələr arasında keçirilən “Ən yaxşı məqalə” müsabiqəsində yer tutan qaliblər mükafatlandırılıblar.

Sonda ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.