CƏMİYYƏT
Sumqayıtda “Ədəbiyyat: nəsillərin vəsiyyəti” layihəsi icra olunur
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Günel Süleymanova tərəfindən Sumqayıtda “Ədəbiyyat: nəsillərin vəsiyyəti” layihəsi icra olunur.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir şəhər 4 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə layihənin məqsədi və donoru haqqında məlumat verilib. Günel Süleymanova mövzunun aktuallığından danışaraq yeniyetmə və gənclər arasında ədəbiyyata marağın artırılması üçün onların məktəb və şəhər kitabxanalarına müraciət etmələrinin vacibliyini bildirib. Layihənin eksperti mütaliənin insanın tərbiyə olunmasında və dünyagörüşünün zənginləşməsində rolundan bəhs edib.
Tədbirdə şagirdlərlə yay tətilində oxuduqları kitablar haqqında fikir mübadiləsi aparılıb. Sonra şagirdlərə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]