REGİONLAR


Sumqayıtda Bayraq Günü münasibətilə izdihamlı yürüş keçirilib VİDEO

A+ A

Sumqayıt, 10 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Noyabrın 9-da səhər saatlarında Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, gənclər və ümumtəhsil məktəblərinin şagirdləri Dövlət Bayrağı Günü münasibətilə 3 istiqamətdən - Sumqayıt bulvarı, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev prospektindən Bayraq Meydanına doğru yürüş ediblər.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, Milli Məclisin deputatlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, “N” saylı hərbi hissənin əsgərləri və minlərlə şəhər sakininin iştirakı ilə burada bayram tədbiri keçirilib. Çıxışlarda üçrəngli bayrağımızın xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeri olduğu bildirilib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal iqtisadi və regional layihələrin müəllifi olan ölkəmizin sürətli inkişafından da bəhs edilib. Belə bir əminlik ifadə olunub ki, ölkəmizin artan iqtisadi və hərbi qüdrəti sayəsində ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, üçrəngli bayrağımız işğal altında olan torpaqlarımızda da dalğalanacaq.

Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.