REGİONLAR
Sumqayıtda Bayraq Muzeyi tikilir
Sumqayıt, 1 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində abadlıq və quruculuq işləri yüksək sürətlə davam etdirilir. Görülən işlər çərçivəsində bulvar kompleksi ərazisində Bayraq Muzeyi inşa olunur.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, iki mərtəbədən ibarət olacaq muzeyin tikilməsində əsas məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə təkan verməkdir.
Binada müasir havalandırma və işiqlandırma sistemi quraşdırılacaq. Muzeyin fasad hissəsi aqlay daşlarla üzlənəcək, üzərində üçrəngli dövlət bayrağımız dalğalanacaq.
Bayraq meydanın ətrafında inşa olunan muzeyin ərazisində yaşıllıq salınacaq, dekorativ gül kolları əkiləcək. İnşaat işlərinin bu ilin sentyabrında başa çatdırılması nəzərdə tutulub.