REGİONLAR


Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinə yekun vurulub

A+ A

Sumqayıt, 2 dekabr, AZƏRTAC

Sumqayıtdakı Gənclər Evində “Gənclərin Diksiya Klubu” layihəsinin sonuncu interaktiv seminarı keçirilib. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, layihənin məqsədi Azərbaycan dili, natiqlik sənəti haqqında gəncləri maarifləndirmək, onlarda ünsiyyət qurma, fikir çatdırma, mimika və jestlərin danışıqda istifadə qaydalarını mənimsətməkdən ibarətdir.

Yekun seminarında çıxış edən layihə rəhbəri Urfanə Hüseynova ölkədə aparılan uğurlu dövlət siyasətinin nəticəsi olaraq artıq gənclərin həyatımızın bütün sferalarında təmsil olunduğundan, cəmiyyətin ictimai həyatında iştirakının artmasından və Gənclər Fondunun gənclərin fərdi təşəbbüslərinin dəstəklənməsi istiqamətində gördüyü işlərdən danışıb.

Daha sonra Gənclər Evinin əlaqələndiricisi Pəri Vəliyeva və Sumqayıt Dövlət Universitetinin müəllimi Elşad Əliyev tərəfindən aparılan seminarda gənclər natiqlik sənəti, nitq mədəniyyətinin formalaşdırması istiqamətində maarifləndirilib, fərdi və qrup çalışmaları keçirilib.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.