REGİONLAR


Sumqayıtda “Multikulturalizm ili” ilə bağlı sərgi açılıb

A+ A

Sumqayıt, 29 noyabr, AZƏRTAC 

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Multikulturalizm ili”nə həsr edilən sərgi keçirilib. Tədbir şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə reallaşıb. Sərgidə müxtəlif xalqların nümayəndələri öz məişət əşyalarını, zəngin mətbəxlərini və əl işlərini nümayiş etdiriblər.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərginin açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətindən, həmçinin şəhərdə aparılan tikinti-quruculuq işlərindən danışıb.

Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxışında bu cür tədbirlərin insanların mədəniyyət sahəsinə marağının artmasına səbəb olduğunu vurğulayıb.

Sonra sərgi ilə tanışlıq olub.

Açılış mərasimi konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.