REGİONLAR


Sumqayıtda “Olimpiya Oyunları yeniyetmələrin gözü ilə” adlı sərgi açılıb

A+ A

Sumqayıt, 27 iyul, AZƏRTAC 

Sumqayıtdakı 1 saylı Uşaq Gənclər İdman Məktəbində "Olimpiya Oyunları yeniyetmələrin gözü ilə” adlı gənc rəssamların sərgisi keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə şəhərin idman ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov 15 gəncin 22 rəsminin nümayış olunduğu sərginin keçirilməsində əsas məqsədin Olimpiya Oyunlarının yeniyetmə və gənclər arasında təbliğindən ibarət olduğunu bildirib.

Prezident təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəbli, Firdovsi Ömərov və Afina Yay Olimpiya Oyunlarının boks idman növü üzrə bürünc mükafatçısı Fuad Aslanov Olimpiya Oyunlarında idmançılarımızın uğurlarını diqqətə çatdıraraq, rəsm sərgisində əsərləri nümayiş olunan yeniyetmələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda fırça ustalarına Baş İdarənin fəxri fərmanları, hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.