REGİONLAR
Sumqayıtda abadlıq işləri geniş vüsət alıb
Sumqayıt, 30 noyabr, AZƏRTAC
Sumqayıtda abadlıq işləri bu gün daha sürətlə və yeni məzmunda davam edir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, “Şərq bazarı”nın yaxınlığında uzun illərdən bəri yarımçıq qalan tikilinin sökülməsi, ərazinin abadlaşdırılaraq yerində bağça və musiqi məktəbinin inşa olunması nəzərdə tutulur.
Şəhərin 1-ci, 3-cü, 6-cı, 9-cu, 17-ci və 18-ci mikrorayonlarında, 47-ci, 48-ci məhəllələrində daxili yolların, bağlar massivinə gedən yolun asfaltlanması təmir olunub. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasadları aqlay daşla üzlənib. Şəhərin əsas girişində - Sülh küçəsinin başlanğıcında yolun genişləndirilməsinə, Çerkassı küçəsinin təmirinə və dənizkənarı ərazidə yenidənqurma işlərinə, Heydər Əliyev Mərkəzinin yeni binasının inşasına başlanılıb.
Həmçinin şəhərdə 48 uşaq bağçasının dam örtüyünün və istilik sisteminin əsaslı təmir olunması, 17-ci və 18-ci mikrorayonlarda yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi, zirzəmilərdə əsaslı təmir işləri aparılır.