CƏMİYYƏT


Sumqayıtda beşotaqlı evdə yanğın baş verib

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Sumqayıt şəhərində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin 100 kvadratmetrlik hissəsi əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi və bitişik qonşu evlər yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.