CƏMİYYƏT
Sumqayıtda çoxmərtəbəli binada yanğınla əlaqədar 15 sakin təxliyə olunub
Bakı, 28 iyul, AZƏRTAC
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 kvadratmetr olan üçotaqlı mənzilin bir otağı yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı əriyib.
Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib. Mənzillərdən 15 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]