REGİONLAR


Sumqayıtda dekorativ tətbiqi sənət ustalarının sərgisi açılıb

A+ A

Sumqayıt, 15 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıt Dövlət Rəsm Qalereyasında 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə şəhərin dekorativ tətbiqi sənət ustalarının "Qızıl əllər” sərgisi açılıb. Sərgidə Nəsibə Şükürova, Günel Hüseynova, Xuraman Səfərəliyeva və Zümrüd İlyasovanın əl işləri nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, sərgiyə 35 toxunma işləri, 2 keramika, 100 bəzək əşyası təqdim edilib.

Açılış mərasimində çıxış edən Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova dekorativ tətbiqi sənət ustalarına sərgidəki iştirakına görə təşəkkürünü bildirib, onlara yaradıcılıq uğurları arzulayıb.

Sonra tədbir mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin çıxışı ilə davam edib. C.Cabbarlı adına mədəniyyət evinin "Turan” rəqs kollektivinin çıxışı və şəhər mədəniyyət evinin solistlərinin ifasında xalq, bəstəkar və aşıq mahnıları maraqla qarşılanıb.

Sərgi bir həftə davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.