CƏMİYYƏT


Sumqayıtda dənizdə batan şəxs xilas edilib

Bakı, 2 iyul, AZƏRTAC

Sumqayıtda dənizdə batan şəxs xilas edilib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

“Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:55-də başa çatıb”, - deyə məlumatda qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.