İDMAN


Sumqayıtda futbol üzrə respublika turnirinə start verilib

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə avqustun 30-dan sentyabrın 2-dək M.Hüseynzadə adına şəhər stadionunda Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Tofiq Rzayevin xatirəsinə həsr olunmuş futbol üzrə yeniyetmələr arasında respublika turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev, AFFA-nın nümayəndəsi Rüstəm Rəhimov, veteran futbolçu T.Salahov, T.Rzayevin yetirməsi Samir Abbasov futbolun təbliği, inkişafı və coğrafiyasının genişləndirilməsində tanınmış məşqçinin xidmətlərindən danışıblar.

T.Rzayevin oğlu Rauf Rzayev atasının xatirəsinə həsr edilmiş turnirin təşkili və keçirilməsinə yaxından köməyə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və yarışa qatılmış komandalara ailə üzvləri adından minnətdarlığını bildirib.

Turnirdə Sumqayıtın 4 komandası ilə yanaşı, Bakının 2, Şamaxı, Şabran, Qusar şəhər və rayonlarının, həmçinin “Qarabağ”, “Vətən”, “Əlincə” futbol klublarının komandaları qalib adı uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.