REGİONLAR


Sumqayıtda həvəskar velosipedçilərin veloyürüşü keçirilib

A+ A

Sumqayıt, 15 noyabr, AZƏRTAC

Sumqayıtda “Ekoloji nəqliyyat – Sağlam həyat” devizi altında veloyürüş keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, “Təbiət Dostları” Gənclər Təşkilatı və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, bu, həvəskar velosipedçilərin iştirakı ilə Sumqayıtda təşkil edilən sayca yeddinci veloyürüşdir. Gənclər arasında velosipedi ekoloji nəqliyyat vasitəsi kimi təbliğ etmək məqsədi daşıyan yarışda, eyni zamanda, velotəlimlər də təşkil edilib.

Şəhərin Heydər Əliyev parkından start götürən və Nəsimi parkında yekunlaşan veloyürüşə Bakıdan və Sumqayıtdan 50-yə yaxın həvəskar velosipedçi qatılıb. Yürüş şəhərin mərkəzi küçələrindən və dənizkənarı bulvardan keçməklə 10 kilometrlik marşrutu əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.