REGİONLAR


Sumqayıtda iftar mərasimi təşkil olunub

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iftar mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, iftar mərasimində şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak edib.

Əvvəlcə Türkiyədə törədilən terror aktı nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov mərasimdə çıxış edərək bildirib ki, ölkəmizdə milli mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz milli və dini tolerantlıq baxımından bütün dünyaya nümunədir.

İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.