REGİONLAR


Sumqayıtda keçirilən “Xəmsə” bilik yarışının qalibləri müəyyənləşib

A+ A

Sumqayıt, 12 noyabr, AZƏRTAC 

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışması keçirilib.

“Azərikimya” İB-nin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, AMEA Polimer Materialları İnstitutunun, Moskva Dövlət Universitetinin Bakı filialının, Sumqayıt Dövlət Texniki Kollecinin, “Paşa Həyat Sığorta” ASC-nin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, karbamid zavodunun, FHN-in Sumqayıt regional mərkəzinin, “N” saylı hərbi hissənin, “ASAN xidmət”in və digər müəssisələrin komandaları da daxil olmaqla, 20 komanda qatılıb.

AZƏRTAC xəbər verir ki, “Azərikimya” İB-nin baş ofisinin akt zalında keçirilən yarışda birliyin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Karbamid zavodunun komandası həvəsləndirici mükafata (IV yer) layiq görülüb.

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qalib komandaları təbrik edib, onlara daha böyük qələbə sevincləri arzulayıb.

Qalib komandalara “Azərikimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub. Həmçinin Sumqayıt Dövlət Universitetinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.