REGİONLAR


Sumqayıtda keçirilən ağacəkmə aksiyasında şəhər ictimaiyyəti böyük fəallıq nümayış etdirib VİDEO

Sumqayıt, 4 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Dekabrın 3-də Sumqayıtda ağacəkmə aksiyası keçirilib. Bakı- Sumqayıt magistral yolunun 28-ci kilometrliyində təşkil olunan ağacəkmə aksiyasında şəhər ictimaiyyəti böyük fəallıq nümayiş etdirib.

Aksiya zamanı ümumi sayı 5 mindən çox olan sərv, çinar, zeytun, şam və tut ağacları əkilib. Eyni zamanda, əkilən ağaclara xüsusi qulluq göstərilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, aksiyanın keçirilməsində məqsəd ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Bu cür ağacəkmə aksiyalarının təşkili şəhər sakinlərini ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. 2016-cı il ərzində şəhərin ayrı-ayrı ərazilərində 160 mindən çox müxtəlif növ ağac, 2 milyona yaxın mövsümi gül əkilib, eləcə də 500 min kvadratmetr əraziyə qazon örtüyü salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.