REGİONLAR


Sumqayıtda keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasında

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Baş nazirin müavini Əli Əhmədov Sumqayıt şəhərində şənbə, bazar və bayram günlərində keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasına baş çəkib.

Əli Əhmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yarmarkada satışa çıxarılan məhsulların qiyməti və keyfiyyəti ilə maraqlanıb. Yarmarkaya gələn sakinlərlə görüşən Baş nazirin müavini əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması, ölkəmizdə aqrar sektorun inkişafı, kənd təsərrüfatı məhsullarına artan tələbatın lazımi səviyyədə ödənilməsi istiqamətində dövlət tərəfindən görülən işlər barədə məlumat verib. O, kənd təsərrüfatı yarmarkalarının vətəndaşlara bol çeşiddə və keyfiyyətli məhsulların təqdim olunması, qiymətlərin tənzimlənməsi və süni bahalaşmanın qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıb, bu yarmarkada da məhsulların keyfiyyət və qiymətlərinin qənaətbəxş olduğunu bildirib.

Şəhər sakinləri və yarmarkada iştirak edənlər yaradılan şəraitdən, o cümlədən məhsulların keyfiyyət və qiymətlərindən razılıqlarını ifadə edərək Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasəti dəstəklədiklərini vurğulayıblar.

Baş nazirin müavini yarmarkada məhsulların keyfiyyət və qiymətlərinin tənzimlənməsinə ciddi riayət olunması, süni qiymət artımına yol verilməməsi, vətəndaşlara yüksək səviyyəli xidmətin təşkili ilə bağlı tövsiyələrini bildirib. O, qarşıdan gələn Ramazan bayramı münasibətilə sakinləri təbrik edib, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.