REGİONLAR


Sumqayıtda kitab bayramında mindən çox nəşr sərgilənib

Sumqayıt, 13 may, AZƏRTAC 

Sumqayıt Şəhər Mədəniyyət Evinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX ənənəvi kitab bayramı keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, kitab bayramında “Qarabağ qan yaddaşımız”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “Böyük yolun davamçısı”, “Biz vətənin əsgəriyik”, “Sumqayıtın söz dünyası”, “Nağıllar aləminə səyahət” və digər başlıqlar altında ölkəmizin tarixinə, ictimai-siyasi həyatına, İslam həmrəyliyinə həsr olunan, o cümlədən müxtəlif elm sahələrini əhatə edən ümumilikdə, 1000-dən çox ədəbiyyat nümayiş etdirilib.

Şəhər ziyalılarının, mədəniyyət və təhsil işçilərinin qatıldığı tədbirdə Sumqayıtın tanınmış ziyalısı, publisist, yazıçı, Əməkdar Jurnalist Eyruz Məmmədov çıxış edərək, bayram münasibətilə oxucu və kitabxanaçıları təbrik edib, xoş arzularını çatdırıb.

Daha sonra Səməd Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Poeziya Teatrının üzvlərinin ifasında vətənpərvərlik mövzusunda kompozisiya, Mərkəzi Uşaq Kitabxanasının və Nizami Gəncəvi adına Kitabxana Klubunun oxucularının ifasında şeir nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Sumqayıt Şəhər Mədəniyyət Evinin və Abşeron rayon Novxanı Kənd Sənətkarlıq Klubunun özfəaliyyət kollektivləri birgə konsert proqramı ilə çıxış ediblər. “Aypara” və “NİCE” rəqs qruplarının, “Xəzər ulduzları” mahnı və rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri, o cümlədən meyxanaçıların, gənc müğənnilərin ifaları tədbirə xüsusi ovqat qatıb.

Sonda çıxış edən Sumqayıt Mərkəzi Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova əminliyini bildirib ki, belə tədbirlər oxucuların kitabxanalara cəlb olunmasında, mütaliə maraqlarının artırılmasında böyük rol oynayacaq.

Fəal oxuculara fəxri fərmanlar təqdim edilib.

                                                        X       X     X

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən keçirilən kitab bayramı Sumqayıtdakı “28 May” Mədəniyyət Evinin qarşısında təşkil olunub.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Xoşqədəm Alıyeva, mədəniyyət işçiləri, yazarlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Kitab bayramında ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın quruculuğunda, inkişafında gördüyü işlər barədə geniş məlumat verilib, Mahmudlu kənd Mədəniyyət Evinin bədii-qiraət və rəqs dərnəyinin üzvləri tərəfindən şeir və rəqs nömrələri ifa olunub.

Sonra qonaqlar çıxış edərək kitabın insan həyatındakı rolundan danışıb, tədbir iştirakçılarını kitab bayramı münasibətilə təbrik ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.