REGİONLAR


Sumqayıtda könüllülük fəaliyyətini uğurla bitirən gənclərə sertifikatlar verilib

Sumqayıt, 18 mart, AZƏRTAC 

Sumqayıtdakı Gənclər Evində Novruz bayramı münasibətilə keçirilən bədii-əyləncəli bayramda müxtəlif sahələri təmsil edən könüllülərin, gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, tədbirdə çıxış edənlər gəncləri bayram münasibətilə təbrik ediblər. Natiqlər adət-ənənələrimizdən danışaraq, onların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə dövlətimiz tərəfindən mütəmadi olaraq işlər görüldüyünü, bu sahədə gənclərin də üzərinə böyük iş düşdüyünü qeyd ediblər.

Tədbirdə Sumqayıt Gənclər Evinin elan etdiyi könüllülük fəaliyyətini uğurla bitirən gənclərə Baş İdarənin sertifikat və hədiyyələri verilib.

Sonda könüllülərin ifasında Novruz personajları canlandırılıb, maraqlı səhnələr, musiqi və rəqs nümunələri nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.