REGİONLAR


Sumqayıtda müxtəlif müsabiqələrin qalibləri mükafatlandırılıb

Sumqayıt, 24 may, AZƏRTAC 

Sumqayıtdakı Gənclər Evində respublika və şəhər miqyaslı müsabiqələrdə qalib gəlmiş gənclərin mükafatlandırma mərasimi keçirilib.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, həvəsləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodiki kabinetinin müdiri Şəhla Bağırova və Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov Azərbaycanda təhsilin inkişafından, bu sahədə həyata keçirilən islahatlardan, dövlətimizin başçısının təsdiq etdiyi müvafiq Dövlət proqramlarının uğurlu icrasından danışıblar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri olduğunu təsdiqləyir. Bildirilib ki, son zamanlar respublika miqyaslı bilik olimpiadalarında, müsabiqələrdə Sumqayıtı təmsil edən gənclərin müvəffəqiyyət qazanmaları bu şəhərdə də təhsilin səviyyəsinin yüksək olmasından xəbər verir. Şəhər rəhbərliyi tərəfindən gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yeni inşa olunan Heydər Əliyev Mərkəzi, Şahmat və Musiqi məktəbləri buna bariz nümunələrdir.

Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müxtəlif müsabiqələrin qalibləri mükafatlandırılıb.

Qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.