CƏMİYYƏT


Sumqayıtda partlamamış 8 hərbi sursat aşkar olunub

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 13-də bir əkin sahəsində üç partlayış yerinə baxış keçiriblər. Nəticədə gün ərzində 5,5 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində körpüdən poleqona gedən yolda partlamamış 8 hərbi sursat - 100 millimetrlik iki, 85 millimetrlik üç, 57 millimetrlik bir, 37 millimetrlik bir top mərmisi və 82 millimetrlik bir minaatan mərmisi aşkar edilərək götürülüb.

Ağdam rayonunun Zəngişalı kəndində bir əkin sahəsində üç partlayış yerinə baxış olub. Partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 13-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, tibb məntəqəsinə, metal anbarına, 30 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib.

Nəticədə 1588 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.