REGİONLAR


Sumqayıtda prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

A+ A

Sumqayıt, 1 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhər, hüquq mühafizə orqanlarının rəhbərləri, prokurorluq əməkdaşları iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Qeyd edib ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Diqqətə çatdırılıb ki, ötən müddətdə prokurorluq orqanları hüquq mühafizə qurumları ilə birlikdə düzgün qurduğu qarşılıqlı əlaqə nəticəsində şəhərdə sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Tədbirin sonunda prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim edilıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.