REGİONLAR


Sumqayıtda referendumla bağlı ilkin təşəbbüs qrupu yaradılıb

A+ A

Sumqayıt, 2 avqust, AZƏRTAC 

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məlumat verib.

Çıxışlardan sonra 70 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün 7 nəfər nümayəndə seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.