CƏMİYYƏT
Sumqayıtda tank və top mərmiləri aşkarlanıb
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri iyunun 4-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsi 25 ünvanında yerləşən məişət tullantıları ərazisinə baxış keçiriblər.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, baxış zamanı 12 ədəd partlamamış hərbi sursat (7 ədəd 122 millimetrlik top mərmisi (OF-460), 1 ədəd 115 millimetrlik tank mərmisi (BK-115), 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412), 1 ədəd 85 millimetrlik top mərmisi (OF-365), 1 ədəd 76 mm-lik top mərmisi (OF-353) və 1 ədəd 57 millimetrlik top mərmisi (OR-281U)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 1 300 kvadratmetr ərazi yoxlanılıb.