CƏMİYYƏT
Sumqayıtda üçotaqlı mənzil yanıb, 1 nəfər tüstüdən zəhərlənib
Bakı, 24 may, AZƏRTAC
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kvadratmetr olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]