CƏMİYYƏT


Sumqayıtda uşağı xilas edən həkim mükafatlandırılıb

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Sumqayıtda bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan dördyaşlı Cavidin həyatını xilas etmiş həkim Çiçək Cahangirova bu gün mükafatlandırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 7-də Sumqayıt Şəhər Səhiyyə Şöbəsində mükafatın rəsmi təqdimatına dair tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Ç.Cahangirova tibbi yardım göstərdiyi xəstələrin vəziyyətinin yaxşılaşmasına görə həmişə sevindiyini, lakin balaca Cavidə görə isə özünü xoşbəxt hiss etdiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti və səhiyyə şöbəsi tərəfindən bu nəcib və cəsur hərəkətinə görə həkim Ç.Cahangirovaya minnətdarlıq bildirilib.

Ç.Cahangirova Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim kimi fəaliyyət göstərir. İşlədiyi kollektivdə və xidmət göstərdiyi insanlar arasında adı hörmətlə çəkilir. O, peşəsini sevir və xidmət mədəniyyəti ilə fərqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.