REGİONLAR


Sumqayıtda uşaqlar üçün təhlükəsiz oyun meydançası yaradılıb

Sumqayıt, 5 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC 

Yeni il Sumqayıt şəhərinin 17-ci mikrorayonunun balaca sakinləri üçün gözəl bayram əhvali-ruhiyyəsi ilə başlayıb. Belə ki, şəhərin ucqar yaşayış massivi sayılan 17-ci mikrorayon ərazisində uşaqlar üçün təhlükəsiz oyun meydançası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək baxımından əhəmiyyətli olan təhlükəsiz oyun meydançasının açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.

Burada məhəllə sakinlərinin və uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Təhlükəsiz oyun meydançasında, həmçinin yelləncəklər və attraksionlar quraşdırılıb.

Şəhər sakinləri meydançanın yaradılmasının valideynlərin və uşaqların sevincinə səbəb olduğunu bildirib, layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.