CƏMİYYƏT


Sumqayıtda və Zaqatalada ev yanıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sumqayıt şəhərində ümumi sahəsi 1500 kvadratmetr olan, taxta konstruksiyalardan ibarət evdə güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ev 800 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.

Zaqatala rayonunun Qandax kəndində isə baş verən yanğın zamanı ümumi sahəsi 198 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Hər iki hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.