CƏMİYYƏT


Sumqayıtda yaşayış binasında yanğın olub

Bakı, 23 may, AZƏRTAC

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 600 kvadratmetr olan, birmərtəbəli 8 mənzildən ibarət yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 125 kvadratmetr olan 4 otaqlı mənzilin taxta konstruksiyalardan ibarət 3 otağı və içərisindəki əşyalar 100 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.