CƏMİYYƏT


Sumqayıtda yaşayış binasında yanğınla əlaqədar 30 nəfər təxliyə edilib

Bakı, 10 fevral, AZƏRTAC

Sumqayıt şəhərində dördmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 qoruyucu açar və 2 poqonmetr kabel yanıb. Yanğın zamanı bir nəfər bədən xəsarəti, iki nəfər isə tüstüdən zəhərlənmiş halda aidiyyəti üzrə təhvil verilib. Həmçinin 30 sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.