CƏMİYYƏT


Sumqayıtda yaşayış binasında yanğınla əlaqədar 8 nəfər təxliyə olunub

Bakı, 30 iyun, AZƏRTAC

Sumqayıt şəhərində ümumi sahəsi 720 kvadratmetr olan ikimərtəbəli, taxta materialdan inşa olunan yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsində vətəndaşa məxsus 40 kvadratmetr olan mənzilin bir otağı, dəhlizi əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 8 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.