CƏMİYYƏT


Sumqayıtda yataqxana binasında baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırılır

Bakı, 6 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərindəki yataqxana binasında baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, xəbər verildiyi kimi, avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub. Yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.

Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.