MƏDƏNİYYƏT


Sumqayıtda yeni layihə

A+ A

Sumqayıt, 22 iyul, AZƏRTAC

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni layihəyə start verib. Belə ki, yeni açılan turizm obyektlərində əhalinin mədəni istirahətinin təşkili məqsədilə mədəniyyət müəssisələri davamlı olaraq konsert proqramı ilə çıxış edəcəklər.

İdarənin mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, ilk belə konsert proqramı Goradildə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” istirahət mərkəzinin açılışı zamanı reallaşıb. Sumqayıt və Corat qəsəbəsindəki mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin üzvləri Zaur Yusifli, Kamil Ağazadə, Günay Sadıqova, Sevda Akkaya, Ravin Əliyevin ifasında bəstəkar və xalq mahnıları hərbçilər tərəfindən alqışlarla qarşılanıb. Konsert zamanı göstərilən şou proqram isə uşaqların böyük sevincinə səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.