RƏSMİ XRONİKA


Sumqayıtda yeni sərnişin avtobusları ilə tanışlıq VİDEO

A+ A

Sumqayıt, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyədə istehsal edilən “AKİA” markalı bu avtobuslar 27 oturacaqlıdır. Ümumiyyətlə avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.

Yeni sərnişin nəqliyyat vasitələrinin istifadəyə verilməsi ilə Sumqayıtda sərnişindaşımanın keyfiyyətini daha yüksək səviyyəyə çatdırmaq mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır