REGİONLAR


Sumqayıtda yunan–Roma və sərbəst güləş üzrə şəhər çempionatına yekun vurulub

A+ A

Sumqayıt, 22 noyabr, AZƏRTAC

Sumqayıtın “Alüminiumçu” İdman Evində yunan-Roma və sərbəst güləş üzrə kişilər arasında şəhər çempionatı keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə reallaşan yarışlar Sumqayıtın şəhər statusu almasının 67-ci ildönümünə həsr olunub.

Baş İdarədən AZƏRTAC –a bildirilib ki, maraqlı idman mübarizəsi şəraitində davam edən yarışda yunan-Roma güləşi üzrə Zülfüqar Əliyev (59 kq), Elçin Əliyev (66 kq), Elnur Əsədov (71 kq), Nizami Abbasov (75 kq), Elşən Çobanov (80 kq), Bəhruz Həziyev (85 kq), Elvin Cahangirov (98 kq), Elşən Aslanov (130 kq), sərbəst güləş üzrə isə Orxan Mirzəyev (52 kq), Gülyar Cəbrayılov (57 kq), Fehruz Qasımlı (61 kq), Kənan Ağamalızadə (65 kq), Kənan Həsənzadə (70 kq), Cavid İsayev (74 kq), Təvəkkül Sərdarov (84 kq), Fərid İsmayılov (96 kq) və Fuad Şahverənov (120 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.