REGİONLAR


Sumqayıtın Cümə məscidində qanvermə aksiyası təşkil olunub

A+ A

Sumqayıt, 12 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtda Cümə məscidində keçirilən qanvermə aksiyasında şəhər sakinləri fəal iştirak edirlər. Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında saat 15-dək 219 insan könüllü iştirak edib və artıq 110 litr qan toplanılıb.

Bu barədə AZƏRTAC-a Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri, tibb elmləri namizədi Ələkbər Tağıyev məlumat verib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının və şəhər səhiyyə işçilərinin birgə keçirdiyi humanist aksiyaya qoşulan insanlar əvvəlcə müayinə olunur, daha sonra qan götürülür.

Qanvermə aksiyası günün sonunadək davam edəcək.

Qeyd edək ki, Aşura mərasimlərində ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar Sumqayıt polisi gücləndirilmiş iş rejimində işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.