İDMAN


“Sumqayıt”ın baş məşqçisi Xorvatiyaya yollanıb

Bakı, 18 may, AZƏRTAC

Dünyaca məşhur Zaqreb “Dinamo”su ilə “Sumqayıt” futbol klubu arasında əldə olunmuş razılığa əsasən, “A” komandanın baş məşqçisi Samir Abasov və akademiyanın əlaqələndiriciləri Baba Əsgərov və Sabir Əliyev adıçəkilən klubun düşərgəsinə yollanıblar.

AZƏRTAC xəbər verir ki, təcrübə qazanmaq məqsədi ilə mayın 20-dək davam edəcək səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib.

Təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.

Ümumilikdə isə hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün müddətində “Dinamo”nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilərimiz Xorvatiyada olduğu müddətdə U-17 Avropa çempionatının final oyununu da izləyəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.