REGİONLAR
Sumqayıtın məktəbli voleybolçuları zona birinciliyinin qalibi olub VİDEO
Xaçmaz, 22 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində məktəblilər arasında keçirilən voleybol üzrə zona birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində reallaşan yarışda 10 komanda qüvvəsini sınayıb. Turnirdə şimal regionunun idmançıları ilə yanaşı, Sumqayıt şəhərini, eləcə də Abşeron, Qubadlı və Qobustan rayonlarını təmsil edən voleybol komandaları da iştirak edib.
İki gün davam edən gərgin mübarizədən sonra Sumqayıt məktəbliləri yarışın qalibi adını qazanıb. Abşeron komandası ikinci, Xaçmaz voleybolçuları isə üçüncü olub.
Birinciliyin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.