REGİONLAR


Sumqayıtın nümayəndə heyəti Belostok şəhərinin qonağı olub

Sumqayıt, 5 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıt dünyanın 13 şəhəri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri qurub. Onların sırasında 2013-cü ilin avqust ayında dostluq və əməkdaşlıq haqqında imzalanan Niyyət Protokoluna əsasən Polşanın Belostok şəhəri də var.

AZƏRTAC xəbər verir ki, bu günlərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Polşanın Belostok şəhərindən qayıdıb. Sumqayıtlılar orada “Şəhər günü”nə həsr olunmuş bayram tədbirlərinə qatılıblar.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov və ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev “Şəhər günü” çərçivəsində sərgilərdə və konsert proqramlarında iştirak ediblər.

Belostok şəhərinin meri Tadeuş Truskolyaskiy ilə keçirilən görüşdə Sumqayıt şəhər nümayəndələri Azərbaycanın sosial-iqtisadi inkişafı, Sumqayıt şəhərində son dövrdə aparılan tikinti, abadlıq-quruculuq işləri haqqında geniş məlumat veriblər.

Nümayəndə heyəti Belastok Elmi-Texnoloji Parkında keçirilən konfranslara qatılıb, istehsal edilən məhsul və avadanlıqlarla tanış olublar. Eyni zamanda, hər iki şəhərin özəl sektorunun qarşılıqlı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Belostok Polşanın şimal-şərqində yerləşən böyük şəhərdir və 300 min əhalisi olan Podlyaska voyevodalığının inzibati mərkəzidir. Belostokda 15 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Şəhər toxuculuq sənayesi ilə məşhurdur. Burada qida, ağac emalı, keramika sənayesi və maşınqayırma da inkişaf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.