REGİONLAR


Sumqayıtın özfəaliyyət kollektivi hərbi hissədə konsert proqramı ilə çıxış edib

A+ A

Sumqayıt, 30 avqust, AZƏRTAC 

Sumqayıt Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi Sərhəd Qoşunlarının yaranmasının 97-cı ildönümü münasibəti ilə N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, tədbirdə Sərhəd Qoşunlarının yaranması və fəaliyyəti haqqında geniş məlumat verilib, şəxsi heyətə təbriklər səsləndirilib.

Sonra özfəaliyyət kollektivi əsgərlər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.